Telegram Group Search
مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ اَلْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اَلْحَمِيدِ عَنِ اَلْوَلِيدِ بْنِ صَبِيحٍ عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ قَالَ: مَا مِنْ مَظْلِمَةٍ أَشَدَّ مِنْ مَظْلِمَةٍ لاَ يَجِدُصَاحِبُهَا عَلَيْهَا عَوْناً إِلاَّ اَللَّهَ عَزَّ وَ جَلَّ.

📋 İmam Cəfər Sadiq (ə) səhih sənədli hədisdə buyurub:

“Ən şiddətli zülm Allahdan başqa yardımçı tapa bilməyən şəxsə edilən zülmdür”.

📚 Şeyx Kuleyni, “əl-Kafi”, c.2, səh.331.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
🔴 Ayətullah Seyid Əli Sistani (h)

م 320: من الأمور التي دعت إليها الشريعة الإسلامية وحثت عليها، مسألة الاهتمام بأمور المسلمين،
فقد قال رسول الله (ص) من أصبح ولم يهتم بأمور المسلمين فليس بمسلم.
وقال (ص) أيضا من أصبح لا يهتم بأمور المسلمين فليس منهم.

📃 İslam şəriətin çağırdığı və təşviq etdiyi işlərdən biri də, müsəlmanların işlərinə əhəmiyyət vermək mövzusudur.

📋 Allahın Rəsulu (s) buyurub: Hər kim müsəlmanların işinə əhəmiyyət verməsə, müsəlman deyil.
📋 Həmçinin o (s) buyurub: Kim müsəlmanların işlərinə laqeyd qalsa, onlardan (müsəlmanlardan) deyil.

📚 "Əl-fiqhu lil-muğtəribin", səh.223.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
قال رسول الله - صلى الله عليه و آله.
إِنَّ الْغَيْرَةَ مِنَ الْإِيمَانِ
(من لا يحضره الفقيه, جلد ۳ صفحه ۴۴۴)

📋 Muhəmməd Peyğəmbər (s) buyurur:

“Qeyrət imandandır (imanın bir hissəsidir)”.

📚 Şeyx Səduq, “Mən la yəhzuruhul fəqih”, c.3, səh.444, hədis 4541.

🔺Qeyd:
Qeyrət sözü ərəb dilində insanın öz yaxınlarını, əzizlərini qoruması, onları himayə etməsi mənasındadır. Buna görə də hədislərdə adətən kişinin öz yaxınlarından və əzizlərindən olan qarşı cinsin iffətini qorumağa çalışması mənasında işlənir. İmam Baqirin (ə) "Allah qeyrəti kişilər üçün qərar verib, qadınlar üçün yox" - (eyni mənbə, hədis 4543) hədisi də son qeyd edilən mənanı nəzərdə tutur.

#Qeyrət #iman #himayə

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
2024/06/20 00:03:10
Back to Top
HTML Embed Code: